"Kəpəz" "İnter" üçün 4 fərqli məkanda hazırlaşacaq

00:08 - 24 Noyabr 2015

Komanda məşqlərə başladı
 
“Qarabağ”la oyundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz” bu gün məşqləri bərpa edib.
 
Sportal.az xəbər verir ki, “sarı-göylər” Azərbaycan Premyer Liqasının 14-cü turunda Gəncədə qarşılaşacağı “İnter”lə oyuna hazırlaşır. Komandanın dünənə olan məşqi “Dalğa Arena”da baş tutub. Bu gün futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.
 
Noyabrın 25-də “Kəpəz” Yevlaxa gedəcək. Bir gün orada məşq edəcək komanda ayın 26-da Gəncəyə gələcək. Oyun öncəsi son hazırlıq prosesi isə matçın keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq.

Xəbər xətti