"Kəpəz"in futbolçusu çəliklə hərəkət edir

14:07 - 24 Noyabr 2015

Evə buraxıldı

 

Vətəni Braziliyada əməliyyat olunan “Kəpəz”in futbolçusu Dario Frederiko dünən klinikanı tərk edərək, evə buraxılıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, eyni vaxtda iki əməliyyat keçirən yarımmüdafiəçi çəliklərin köməyi ilə hərəkət edə bilir.

 

Bundan sonra Darionun müalicəsi ev şəraitində davam etdiriləcək. Bununla belə, Frederikonun fizioterapiya kursları cərrahiyyə əməliyyatı olunduğu klinikada keçəcək.

 

Xatırladaq ki, braziliyalı Azərbaycan Premyer Liqasının XII turunda noyabrın 7-də AZAL-la oyunda zədələnib. Meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan yarımmüdafiəçi noyabrın  19-da tanınmış cərrah Vitor Barion Padua tərəfindən əməliyyat olunub.

Xəbər xətti