Azərbaycanlı hakim "Zenit" - "Valensiya" matçını idarə etdi

16:14 - 24 Noyabr 2015

3 sarı vərəqə göstərib

 

Azərbaycanlı FİFA referisi Orxan Məmmədov UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Zenit"i ilə İspaniyanın "Valensiya" klubunun gənclərdən ibarət komandalarının oyununu idarə edib.

 

Sportal.az xəbər verir ki, Sankt-Peterburqda baş tutan qarşılaşmada ispanlar 1:0 hesabıyla qalib gəliblər.

 

Məmmədov bu görüşdə üç sarı vərəqə göstərib. O, bu vərəqələrdən ikisini meydan sahiblərinə, birini isə qonaqlara göstərib.

Xəbər xətti