Məşqlərə start verdilər
"Mançester Yunayted"in zədədən əziyyət çəkən üç futbolçusu məşqlərə başlayıb.
Sportal.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, komandanın kapitanı Ueyn Runi, hücumçusu Antoni Martial, yarımmüdafiəçisi Maruan Fellaini zədələrini sağaldıblar və komanda ilə birgə məşqlərə başlayıblar. Hər üç futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSV ilə matçda oynayacağı gözlənilir.
Qeyd edək ki, "Mançester Yunyted" - PSV matçı sabah saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi