"Tottenhem" "Qarabağ"la oyunöncəsi bu xəbərə sevindi

22:39 - 24 Noyabr 2015

Zədəsini sağaltdı

 

Avroliqanın qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Tottenhem" klubunun zədədən əziyyət çəkən futbolçusu Heun-Min Son zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, cənubi koreyalı futbolçu Heun-Min Son komanda ilə birgə məşqlərə start verib. İlk oyunda "Qarabağ"a iki qol vuran futbolçunun cavab görüşündə də meydanda olacağı gözlənilir.

 

Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" görüşü noyabrın 26-da saat 22:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 

Xəbər xətti