İki futbolçudan başqa...
Xəbər verdiyimiz kimi, iki günlük istirahətin ardından “Xəzər Lənkəran” bir araya gəlib.
Sportal.az xəbər verir ki, komanda bu günün birinci yarısında doğma şəhərdə toplanıb. Saat 16:00-da stadionun ehtiyat meydançasında isə məşqə başlayıb. Hazırlıq prossesinə Manuel Skarlatake və Orxan Əliyevdən savayı bütün futbolçular qatılıblar. Gənc futbolçu əməliyyat sonrası ümumuyyətlə məşqlərdə iştirak edə bilmirsə Rumın müdafiəçi artıq trinajorlarda çalışamağa başlayıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XIV turunda “Zirə” ilə səfərdə qarşılaşacaq. Görüş noyabrın 28-də saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. (12cioyuncu.info)
saytlarin hazirlanmasi
