"Hamıya salamım var"
“Kəpəz”in Braziliyada iki əməliyyat keçirən futbolçusu Dario Federikonun klinikadan evə buraxılması haqda yazmışdıq.
Sportal.az xəbər verir ki, məcburi istirahətə çəkilən yarımmüdafiəçinin nə vaxt klubun düşərgəsinə qayıdacağı hələ ki, dəqiq məlum deyil. Amma gələn həftə müayinədən sonra "sambaçı"nın durumuna aydınlıq gələcək.
Cənubi amerikalı son durumu ilə bağlı klub saytına qısa açıqlama verib: “İndi özümü yaxşı hiss edirəm, əməliyyatdan sonra yavaş-yavaş bərpa olunuram. Evə buraxılsam da, bərpa dövrünün əsas hissəsini klinikada keçirəcəyəm. Yaxında fizioterapiya kursları başlayacaq. Gündə iki dəfə klinikaya gedib-gələcəyəm. Demək istəyirəm ki, vəziyyətim normaldır. Hamıya salamım var. Komanda yoldaşlarıma uğurlar arzulayıram, onlardan qələbələr gözləyirəm. Azarkeşlərin isə “Kəpəz”i çılğın şəkildə dəstəkləməkdə davam etmələrini istəyirəm”.