1, 2, 5, 20, 25 manat
Bu gündən etibarən Bakı Olimpiya stadionunda turlara start verilir.
Sportal.az verir ki, artıq stadionu yalnız rəsmi tədbirlər zamanı izləyici kimi görməklə yanaşı, arenanın digər hissələriylə də yaxından tanış olmaq mümkündü. Tur zamanı qonaqların texniki otaqlara, konfrans zalına, skaybokslara, futbolçuların paltardəyişmə otaqlarına, oyun meydançasına və ehtiyat oyunçular skamyaları olan əraziyə getməsi mümkündü. Qrup şəklində olan 60 dəqiqəlik piyada turdan əlavə olaraq, qonaqların elektromobillə fərdi turlar da sifariş etməsi mümkündü. Tur zamanı qonaqlar stadion barədə maraqlı məlumatlar və ictimaiyyət üçün nəzərdə tutulan gələcək planlarla yaxından tanış ola bilərlər. Turlar həftənin bazar ertəsi və cümə günləri saat 12:00-dan 16:00-a qədər mövcuddu, elektromobillə turlar isə (maksimum 3 nəfər), hər gün saat 11:00-dan 17:00-dəkdi.
Turlar, Azərbaycan, rus, ingilis və alman dillərində keçiriləcək. Turların qiyməti böyüklər üçün 5 manat, tələbələr üçün 2 manat və 5-15 yaş arası uşaqlar üçün 1 manatdı. Bundan əlavə, bəzi güzəştlər də oluna bilər. Elektromobillə tur böyüklər üçün 25, tələbələr üçün isə 20 manat təşkil edir.
saytlarin hazirlanmasi