Əvəzedicilərin yarışı
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XIV tura start verilib.
Sportal.az xəbər verir ki, turun ilk matçında “Kəpəz” öz meydanında Bakının “İnter” komandasını qəbul edib. Qarşılaşma 1 – 1 hesablı bərabərliklə başa çatıb. Matçda hesabı “bankirlər”in futbolçusu Ruslan Əmircanov açıb. “Kəpəz”in bərabərlik qolunun müəllifi isə Nicat Əliyev olub.
saytlarin hazirlanmasi