AZAL "Sumqayıt"la oyuna 3 itki ilə hazırlaşır

21:32 - 26 Noyabr 2015

Kapitanın son durumu oyun günü məlum olacaq
 
İki gün sonra Şüvəlanda “Sumqayıt”la qarşılaşacaq AZAL oyunun hazırlıgını davam etdirir.
 
Sportal.az xəbər verir ki, Seymur Əsədov, Elmin Çobanov məşqdə iştirak etməyib. "İnter”lə oyundan sonra əzələsində ağrı hiss edən kapitan Rail Məlikovun meydançaya çıxacağı oyun günü bəlli olacaq. Bununla belə, cəzalı Emin Cəfərquliyevin yenidən heyətə qayıdıb. Sabah “AZAL-Arena”da son məşqə çıxacaq AZAL bununla da hazırlıqlara yekun vuracaq.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 14-cü turunun AZAL-“Sumqayıt” qarşılaşması noyabrın 28-də saat 14:30-da “AZAL-Arena”da keçiriləcək.

Xəbər xətti