Bakı Metropoliteni "Qarabağ"a verdiyi vədə əməl etmədi FOTOLAR

01:37 - 27 Noyabr 2015

00:40-da giriş qapılar bağlı olub
 
Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu "Tottenhem"lə oyunun gec başa çatmasına görə Bakı Metropoliteninə müraciət edərək metroların gecə saat 01:00-a qədər işləməsinə razılıq almışdı.

Sportal.az xəbər verir ki, Metropoliten bu müraciəti müsbət cavablandırsa da, vədinə əməl etməyib. Belə ki, metro stansiyaların giriş qapıları saat 00:40-da artıq sərnişinlərin üzünə qapalı olub. Bu da matçı izləməyə gələn azarkeşlərin etirazına səbəb olub.
 

Xəbər xətti