"Təəssüf ki, yenə itkilərimiz var"
Xəbər verdiyimiz kimi, Premyer Liqanın 14-cü turunda Gəncədə “İnter”lə qarşılaşacaq “Kəpəz” hazırlığı tamamlayıb.
Sportal.az xəbər verir ki, oyunöncəsi son məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev klub saytına qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb:
“Bizi çətin oyun gözləyir. Yeni komanda olduğumzdan hər bir matça sonuncu oyun kimi baxırıq. “İnter” turnir cədvəlində bizdən irəlidədir. Rəqibdən geri qalmamaq üçün mütləq qələbə qazanmalıyıq. Amma bu heç də asan olmayacaq. Bakı klubunun təcrübəli yerli futbolçuları və güclü legionerləri var. Liderlər qrupundan ayrılmamaq üçün bütün gücümüzü ortaya qoymalıyıq. Təəssüf ki, yenə itkilərimiz var. Bəxtiyar Soltanov cəza müddətini başa vuraraq sıraya dönübsə, Budaq Nəsirov vərəqə limitini doldurub. Bildiyiniz kimi, Dario Federiko da zədəlidir, digər zədəlilərimizdən isə Tərlan Quliyev və Kərim Diniyevin vəziyyəti yaxşıdır”.
saytlarin hazirlanmasi