Skarlatake: "Ola bilsin ki, "Xəzər Lənkəran"dan gedim"

01:00 - 28 Noyabr 2015

"Yekun qərarımı verməmişəm"
 
Bu gün mətbuatda yayılan xəbərlərə görə, "Xəzər Lənkəran"da Rasim Ramaldanovdan sonra daha 4 futbolçu- Adrian Skarlatake, Rahid Əmirquliyev, Tural Cəlilov və Sadio Tounkara komandadan ayrıla bilərlər.
 
 Adrian Skarlatake bu məsələ haqda öz fikirlərini Sportal.az-a açıqlayıb:
 
"Hər şey növbəti həftə məlum olacaq, yəni yekun qərarımı hələ açıqlamamışam. Növbəti həftə vəziyyətə baxıb, qərarımı verəcəm. Ola bilsin ki, "Xəzər Lənkəran"dan gedim. Komandadan getməyimə səbəb yalnız maliyyə problemi deyil".

Xəbər xətti