"... bu klubda heç vaxt Müşahidə Şurası yaradılmayacaq"
Son günlərdə mətbuatda ən çox yayılan xəbərlərdən biri də "Xəzər Lənkəran" klubunda AFFA-nın əli ilə Müşahidə Şurası yaradılmasıdır. Hətta artıq şuranın üzvlərinin adı haqda da informasiyalar yer alırdı. Bütün bu xəbərlərə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında son nöqtəni qoyub:
"Bu yayılan söz-söhbətlər həqiqətə uyğun deyil. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm, nə qədər Mənsimov qardaşları "Xəzər Lənkəran"ın sahibidirsə, bu klubda heç vaxt Müşahidə Şurası yaradılmayacaq".
saytlarin hazirlanmasi