Vardi Nisterloyu geridə qoydu
İngiltərə Premyer Liqasının XIV turu "Lester”in forvardı Ceymi Vardi üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted”lə oyunun 24-cü dəqiqəsində qol vuran 28 yaşlı forvard Premyer Liqada yeni rekord müəyyənləşdirib. Belə ki, O, Premyer Liqada 11 ardıcıl oyunda fərqlənən ilk oyunçu olub.
Qeyd edək ki, bu rekord məşhur hollandiyalı forvard Rud van Nisterloya məxsus idi. Nisterloy ardıcıl 10 oyunda fərqlənməklə rekorda sahib idi. O, 2013-cu ildə bu uğuru qazanmışdı.Vardi Premyer Liqanın geridə qalan 14 tur ərzində 14 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi