"Xəzər Lənkəran" sərbəst buraxıldı

01:16 - 29 Noyabr 2015

Komandaya 1 günlük istirahət
 
Premyer Liqanın XIV turunun səfər matçında “Zirə”yə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi bu gün, noyabrın 29-da istirahət edəcək. Sabah isə Lənkəranda toplanacaq komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq. İki gün hazırlaşdıqdan sonra “Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/8 final mərhələsi (biroyunluq) çərçivəsində dekabrın 2-də doğma şəhərdə “Kəpəz”i qəbul edəcək. (12cioyuncu.info)

Xəbər xətti