"Xəzər Lənkəran"ın "Kəpəz" üstünlüyü STATİSTİKA

12:00 - 29 Noyabr 2015

14-cü görüşə doğru

 

Azərbaycan kubokunun 1/8 final (biroyunluq) mərhələsi çərçivəsində, dekabrın 2-də “Xəzər Lənkəran” doğma meydanda “Kəpəz” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşma cütlüyün tarixində 14-cü olacaq. İndiyə qədər keçirilən 13-görüşün hamısı çempionat yarışına təsadüf edib, deməli qarşıdakı oyun ilk kubok matçı olacaq.

 

Beləliklə, indiyə qədər keçirilmiş 13-qarşılaşmanın 10-da “Xəzər Lənkəran” qalib gəlib, ikisində Gəncəlilər sevinib və bir oyunda da qalib müəyyənləşməyib. “Kəpəz”in qapısına 21-dəfə yol tapa bilən “Xəzər Lənkəran” öz qapısında cəmi 9-top görüb. Qeyd edək ki, fəaliyyətində müəyyən fasilələr olan Gəncə təmsilçisi əvvəllər “Gəncə” klubu kimi, 2011/2012-mövsümündən başlayaraq isə “Kəpəz” futbol klubu adıyla ölkə çempionatı və kubok turnirində iştirak edib.  Son iki mövsümü sponsor problemi ilə əlaqədar kənarda qalan klub cari mövsümdən başlayaraq yenidən ölkə birinciliyinə qatılıb. 

 

 

Aşağıda “Xəzər Lənkəran”ın Gəncə təmsilçiəri ilə görüşlərinin statistikası təqdim olunur:
2004/2005 mövsümü, çempionat.

 

“Xəzər Lənkəran” – “Gəncə” – 2:0

“Gəncə” – “Xəzər Lənkəran” – 0:1

 

2005/2006 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Gəncə”   – 1:1

“Gəncə” – “Xəzər Lənkəran”- 1:2

 

2010/2011 mövsümü, çempionat.

“Gəncə” – “Xəzər Lənkəran”   – 4:1

“Xəzər Lənkəran” – “Gəncə”   – 1:0

 

2011/2012 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Kəpəz”   – 1:0

“Kəpəz”  – “Xəzər Lənkəran”- 1:4

 

2012/2013 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Kəpəz” – 4:0

“Kəpəz”  – “Xəzər Lənkəran” – 0:1

 

2012/2013 mövsümü, çempionat.

“Kəpəz”  – “Xəzər Lənkəran” – 1:2

 “Xəzər Lənkəran” – “Kəpəz” – 1:0

 

2015/2016 mövsümü, I dövrə, çempionat.

 “Kəpəz” – “Xəzər Lənkəran” – 1 : 0

 

Mənbə: 12cioyuncu.info

Xəbər xətti