Rusiya türk futbolçulara da qadağa qoydu

00:02 - 30 Noyabr 2015

"Qabağa getmək lazım deyil, lakin siqnal artıq alınıb"
 
Rusiya ilə Türkiyə arasında gərginlik davam edir.
 
Sportal.az xəbər verir ki, turizmlə yanaşı Moskva türk futbolçuların Rusiya klubları tərəfindən transfer edilməsini də yasaqlayıb. Qeyri-rəsmi qərara əsasən Rusiya futbol klubları qış transfer pəncərəsində türkiyəli futbolçuları heyətlərinə qata bilməyəcəklər.
 
Bu barədə Rusiyanın idman naziri Vitaliy Mutko deyib.
 
“Əgər hər hansı bir klub qış transfer pəncərəsində heyətinə türkiyəli futbolçunu qatmaq istəsə, əminəm ki, onun heç bir şansı olmayacaq. Qabağa getmək lazım deyil, lakin siqnal artıq alınıb”

Xəbər xətti