Təbriz klubu sənədləri vaxtında verməyib
Antalyaya təlim-məşq toplanışına yollanacaq "Qarabağ"ın yoxlama oyunlarından birini "Traktorsazi"yə qarşı keçirəcəyi barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, böyük ehtimalla oyun baş tutmayacaq. Buna səbəb sənədləşmə işlərində Təbriz klubunun lazım olan sənədləri vaxtında verməməsi olub.
Qeyd edək ki, "Qarabağ" - "Traktorsazi" oyunu yanvarın 16-da baş tutmalı idi. Azərbaycan çempionu yanvarın 20-də "Diosqyori" (Macarıstan), 23-də isə "Admira Vakker" (Avstriya) və "Yaqelloniya" (Polşa) ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi