Millimizin rəqibində yeni baş məşqçi

10:07 - 29 Yanvar 2016

Pisarev gətirildi

 

AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan 21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin yeni baş məşqçisi müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, Dmitri Xomuxanın istefaya göndərilməsindən sonra boş qalan posta Nikolay Pisarev gətirilib.

 

Qeyd edək ki, Pisarevin debütü də millimizlə martın 24-ü keçiriləcək matç olacaq.

Xəbər xətti