"Sumqayıt" "Kəpəz" və "Rəvan"ı darmadağın etdi

10:45 - 3 Fevral 2016

Akademiyanın həftəsi

 

"Sumqayıt" Futbol Klubunun akademiyası bu həftə 2 oyun keçirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət komanda "Rəvan"ı 6:0 hesabı ilə məğlubiyyətə uğradıb. Bu oyunda "kimyaçılar"dan qolları Sənan Əsədov (2 qol), Tacir Əlizadə (2), Asif Hacıyev və Sahib Cümşüdov vurub.

 

"Sumqayıt" FK-nın U-15 komandası da böyükhesablı qələbəyə sevinib. Yeniyetmələr "Kəpəz"i 5:1 hesabı ilə üstələyib. Bu oyunda Əli Əfəndiyev, Kənan Əşrəfli, Rüfət Salahov, Allahverdi Xammədov və Rəvan Məmmədov fərqlənib.

Xəbər xətti