Rahid Əmirquliyev "Qarabağ"a nə zaman kömək edə biləcək?

01:36 - 7 Fevral 2016

Futbolçu komanda ilə məşqlərə başlayacaq
 
"Qarabağ"ın yeni transferi Rahid Əmirquliyevin zədələnməsi barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, bir neçə gündür, fərdi məşqlə kifayətlənən yarımmüdafiəçi növbəti həftədən etibarən komanda ilə məşqlərə başlayacaq. Onun Premyer Liqanın 21-ci turunda "Kəpəz"lə oyuna qədər hazır olması gözlənilir. 
 
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" matçı 14 fevralda keçiriləcək.

Xəbər xətti