"Lokomotiv"in futbolçusu Putinə görə 10 oyunluq cəzalanacaq

19:27 - 17 Fevral 2016

Məsələyə martın 17-də baxılacaq

 

UEFA “Lokomotiv”in futbolçusu Dmitri Tarasova qarşı iş açıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Fənərbağça" - "Lokomotiv" matçından sonra futbolçunun üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli çəkilmiş futbolka nümayiş etdirməsi olub.

 

“Futbolçular üzərində siyasi, dini, şəxsi açıqlamalar, habelə təsvir və ya loqotiplər olan geyim elementlərini nümayiş etdirməməlidirlər" - deyə məlumatda bildirilir.

 

28 yaşlı yarımmüdafiəçinin futbolkasında "Samıy vejlivıy prezident" ("Ən nəzakətli prezident") yazılıb. Bunu qaydalara zidd sayan UEFA Tarasovla bağlı məsələyə martın 17-də baxacağını bildirib. Futbolçunun ən azı 10 oyunluq diskvalifikasiyaya məruz qalacağı gözlənilir.

Xəbər xətti