"Bayer"in baş məşqçisinə sərt cəza

20:27 - 24 Fevral 2016

5 oyunluq cəza
 
Almaniya Futbol Federasiyası "Bayer" (Leverkuzen) klubunun baş məşqçisi Rocer Şmidti cəzalandırıb. 
 
Sportal.az xəbər verir ki, buna almaniyalı mütəxəssisin Bundesliqasının 22-ci turunda "Borussiya" ilə görüşdə qaydalara zidd hərəkət etməsi səbəb olub. Şmidt Dortmund təmsilçisi ilə görüşün 64-cü dəqiqəsində hesabı açan rəqibin topu hakimin fiti eşidilmədən oyuna daxil etdiyini əsas gətirərək buna sərt şəkildə etirazını bildirib.
  
Matçın baş hakimi Feliks Şvayer bu hərəkətinə görə Şmidti qırmızı vərəqə ilə cəzalandırsa da, o texniki zonanı tərk etməyib. Bundan sonra referi oyunu dayandırmağı qərara alıb və paltardəyişmə otağına yollanıb. Matç yalnız 8 dəqiqə sonra bərpa edilib. Həmin görüşdə baş verənləri nəzərə alan Almaniya Futbol Federasiyası 48 yaşlı mütəxəssisə ağır cəza kəsib. Beş oyunluq cəzalandırılan "Bayer"in çalışdırıcısı həmçinin 20 min avro cərimə ödəməli olacaq.
 
Qeyd edək ki, matç "Bayer"in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Xəbər xətti