Rusiya çempionatında dava: Millimizin sabiq futbolçusuna yumruq "hədiyyə"si VİDEO

01:17 - 17 Mart 2016

Abatsiyev də diqqət mərkəzində olub
 
Rusiyada Milli Futbol Liqasının 26-cı turunun “Sibir” (Novosibirsk) – “Torpedo” (Armavir) oyunu kütləvi dava ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, dünən Novosibirskin “Zarya” arenasında keçirilən oyun 2:2 hesabı ilə yekunlaşıb. 
 
Matçın sonlarına yaxın meydanın mərkəzində futbolçular arasında dava baş verib. Futbolçular arasında baş tutan davanın əsas iştirakçılarından biri də qış fasiləsində Bakı "İnter"indən ayrılıb "Torpedo"ya keçən Abdulla Abatsiyev olub. Qarşılaşmanın hakimi İqor Nizovçev məşqçilərin köməyi ilə vəziyyəti nəzarətə ala bilib. 

Xəbər xətti