Sıçev karyerasını ölkəsində davam etdirəcək
Rusiya milli komandasının sabiq üzvü Dmitri Sıçevin yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, hücumçu karyerasını ölkəsində davam etdirəcək. O, Rusiyanın həvəskarlar liqasında mübarizə aparan "Atlantis” klubuna keçib. Sıçev yayadək Moskva təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, məşhur hücumçunun adı bir müddət öncə Azərbaycan klubları ilə hallanırdı. Belə ki, forvardın meneceri Pavel Andreyev Azərbaycanın iddialı klublarının biri ilə anlaşdıqlarını bildirmişdi.
saytlarin hazirlanmasi