"Qəbələ"nin sabiq futbolçusu məhkəməyə verildi

18:56 - 14 Aprel 2016

Braziliyalı futbolçudan 15 milyon təzminat tələb olunur
 
Rusiyanın "Anji” klubu sabiq futbolçusu Leonardo da Silvanı məhkəməyə verib. 
 
Sportal.az xəbər verir ki, Mahaçqala təmsilçisi braziliyalı futbolçudan müqaviləni birtərəfli qaydada pozduğu üçün 15 milyon avro təzminat tələb edir.  Bu barədə məlumatı Mahaçqala təmsilçisinin baş məşqçisi Sergey Korablyov məlumat verib. Mütəxəssis hazırda məhkəmənin qərarını gözlədiklərini bildirib. 
 
Qeyd edək ki, Leonardo da Silva Souza "Anji”dən öncə "Qəbələ”də çıxış edib. O, 2013-14 mövsümündə "qırmızı qaralar”ın heyətində 31 oyuna çıxıb və 7 qol vurmağı bacarıb.

Xəbər xətti