Vitali Mutko şərh verdi
Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Rusiya Premyer Liqasında legioner limitinə münasibət bildirib. Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mutko hələ ki, bu məsələdə dəyişikliyin gözlənilmədiyini deyib:
“Ölkə başçısı çox sayda əcnəbilərin çempionatımıza dəvət olunmasının tərəfdarı deyil. Amma düşünürəm ki, DÇ-2018-ə qədər legionerlərə qoyulan limitdə dəyişiklik olmayacaq”.
Qeyd edək ki, hal-hazırda Rusiya çempionatında legioner limiti 6 (əcnəbi) + 5 (yerli) sxemi ilə həyata keçirilir.
saytlarin hazirlanmasi