Kevin Volland "Hoffenhaym"dan ayrıldı
Almaniya Bundesliqasında mübarizə aparan "Bayer" Leverkuzen klubu transfer çalışmalarına davam edir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bayer" bu gün 2-ci transferini rəsmiləşdirib. Dünən "Maynts"dan Yulian Bomqarlinqeri transfer edən Leverkuzen təmsilçisi bu gün hücum xəttini gücləndirib. Mövsümü bürünc medallarla başa vuran "Bayer" "Hoffenhaym"ın forvardı Kevin Vollandı heyətinə cəlb edib. Leverkuzenlilər bu transfer üçün qarşı tərəfə 18 milyon avro ödəyib.
saytlarin hazirlanmasi