Qvardiolanın son matçı
Almaniya kubokunda 2015/2016 mövsümün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, həlledici oyunda "Bavariya" və "Borussiya" (Dortmund) klubları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Əlavə vaxtda da qol olmayınca, qalibə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan (4:3) "Bavariya" kuboka sahib çıxıb. Bununla da, "Bavariya" mövsümü "qızıl dubl"la başa vurub.
Qeyd edək ki, bu oyun Pep Qvardiolanın "Bavariya"da son matçı olub. İspaniyalı mütəxəssis yeni mövsümdən İngiltərənin "Mançester Siti" klubunu çalışdıracaq.
saytlarin hazirlanmasi