Syominin yeni iş yeri məlum oldu
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin yeni iş yeri məlum olub.
Sportal.az xəbər verir ki, 69 yaşlı mütəxəssis Rusiya I divizionunda işləyəcək. O, tarixində ilk dəfə Premyer Liqanı tərk edən "Dinamo" (Moskva) klubunu çalışdıracaq. Son klubu "Anji" olan Syominin rəsmi təyinatı mayın 25-də açıqlanacaq.
Qeyd edək ki, 2013-2014 mövsümündə "Qəbələ"ni çalışdıran Syomin "qırmızı qaralar"a çempionatın bürünc medallarını qazandırıb.
saytlarin hazirlanmasi