Luçeskunun yeni komandası məlum oldu

02:14 - 24 May 2016

Təcrübəli mütəxəssis "Zenit" yolunda
 
Ukraynanın "Şaxtyor” klubundan ayrılan Mirça Luçeskunun yeni komandasının adına yaxın günlərdə aydınlıq gələ bilər.  
 
Sportal.az xəbər verir ki, Ukraynada 12 il çalışan və bu müddət ərzində Donetsk  təmsilçisinə 22 kubok qazandıran təcrübəli mütəxəssis Rusiyanın "Zenit” klubu  ilə anlaşmağa çox yaxındır. "SovSport”a açıqlama verən rumıniyalı mütəxəssisin meneceri Arkadu Zaporozhanu hazırda tərəflər arasında danışıqlar getdiyini və müqavilənin kiçik detalları barədə müzakirələr apardıqlarını bildirib: "Bu dəqiqə "Zenit”lə müqavilənin texniki şərtləri barədə danışıq aparırıq. Ötən gün "Gazprom” rəsmiləri ilə görüşdə ilkin razılıq əldə etmişik.  Mirça Luçesku bu gün klub bazası ilə də tanış olub. Bəzi məsələlər yoluna qoyulduqdan sonra rəsmi açıqlama verəəyik”. 
 
Qeyd edək ki, Luçeskunun xidmətində sabiq komandası "Qalatasaray” da maraqlıdır. 

Xəbər xətti