Rode ilə 4 illik müqavilə imzalanıb
Almaniyanın "Borussiya" Dortmund klubu bir futbolçu ilə heyətini gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Bavariya"nın futbolçusu Sebastian Rodeni transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rode ötən mövsüm Münhen klubunun forması ilə meydana çıxdığı 17 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi