Müdafiəçi turniri buraxa bilər
Almaniya millisinin futbolçusu Antonio Ryudiqer zədələnib.
Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi məşq zamanı zədə alıb. Məşqi yarımçıq qoyan A.Ryudiqer həkimlərin köməyi ilə meydançanı tərk edib. Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Almaniya millisi AÇ-2016-da ilk oyununu iyunun 12-i Ukraynaya qarşı keçirəcək.
saytlarin hazirlanmasi