Ryudiger heyətdən kənarlaşdırılıb
Fransada təşkil olunacaq Avropa çempionatının start götürməsinə 2 gün qalmış Almaniya milli komandasının heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, müdafiəçi Antonio Ryudiqer zədələndiyi üçün heyətdən kənarlaşdırılıb. Milli komandanın baş məşqçisi Yoahim Löv 23 yaşlı futbolçunun əvəzinə "Bayer” Leverkuzenin müdafiəçisi Conatan Taya dəvət göndərib.