Türkiyə - Xorvatiya matçının hakimləri müəyyənləşdi

16:24 - 9 İyun 2016

Oyunu Eriksson idarə edəcək
 
AÇ-2016-nın D qrupunun ilk matçında Türkiyə və Xorvatiya komandaları üz-üzə gələcəklər.
 
Sportal.az xəbər verir ki, artıq görüşün hakimləri müəyyənləşib. Matçı isveçli referi Yonas Eriksson idarə edəcək. Erikssona həmyerliləri - Daniel Uornemark, Stefan Yohanesson, Matias Klasenius və Markus Stromberqson kömək edəcəklər. 4-cü hakim funksiyasını isə şotlandiyalı Uilyam Kalyum yerinə yetirəcək.
 
Qeyd edək ki, Türkiyə - Xorvatiya matçı 12 iyun saat 17:00-da baş tutacaq.

Xəbər xətti