Rafael Herrera Bundesliqa klubunda
"Borussiya" Dortmund heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın "Loryan" klubundan Rafael Herreranı transfer edib. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Portuqaliya milli komandasının üzvü ilə 4 illik müqavilə imzalanıb. Dortmund təmsilçisi 22 yaşlı müdafiəçinin transferinə görə qarşı tərəfə 12 milyon avro ödəyib.
Qeyd edək ki, "Borussiya" Dortmund daha öncə Türkiyə milli komandasının üzvü Emre Moru da transfer etmişdi.
saytlarin hazirlanmasi