Azərbaycanlı futbolçu "Spartak"da?

21:13 - 6 İyul 2016

Ramil Şeydayev Moskva klubu ilə danışıq aparır

 

"Zenit"dən ayrıldıqdan sonra azad agent statusuna malik olan Ramil Şeydayev karyerasını "Spartak"da davam etdirə bilər.

 

Sportal.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Moskva klubu ilə danışıqlar aparır. 20 yaşlı hücumçunun "Spartak"la müqavilə imzalayacağı ehtimal olunur.

 

Qeyd edək ki, Ramil Şeydayev "Zenit"in heyətində 6 rəsmi matçda iştirak edib və bu matçlarda fərqlənməyi bacarmayıb. Gənc forvard 2015/2016-cı il mövsümünün ilk yarısını icarə əsasında "Rubin"də çıxış edib. O, Kazan təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti