Maliyyə məsələlərində razılığa gələ bilmədilər
Bir neçə gün bundan qabaq “Zenit”lə yolları ayrılan əslən azərbaycanlı Ramil Şeydayev “Spartak”la danışıqlar aparırdı. Onun paytaxt klubuna keçidi gözlənilsə də, son anda tərəflər razılığa gələ bilməyiblər.
Sportal.az xəbər verir ki, gənc futbolçuyla “Spartak” klubu arasında maliyyə məsələsində ortaq məxrəc əldə olunmayıb. Beləliklə, Şeydayevin “Spartak” mövzusu qapanıb.
Xatırladaq ki, Piter klubunun yetirməsi olan 20 yaşlı futbolçu “Zenit”in əsas komandasında 6 oyun keçirib. 2015/16 mövsümünün ilk yarısını icarə əsasında “Rubin”də keçirsə də, yalnız bir oyunda meydana çıxıb. Onu da qeyd edək ki, Ramil Şeydayev 2013-cü ildə Rusiyanın U-17 millisinin heyətində Avropa çempionu olub.
saytlarin hazirlanmasi