Azərbaycanlı futbolçu Rusiya klubundan ayrıldı

17:51 - 19 İyul 2016

Emin Mahmudov "Krılya Sovetov"dan gedib

 

Rusiyanın çıxış edən azərbaycanlı futbolçu komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, "Krılya Sovetov" klubu əslən Azərbaycandan olan Emin Mahmudovla yollarını ayırıb. Bu barədə Samara klubunun rəsmi "tvitter" səhifəsində məlumat verilib.

 

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2013-cü ildən "Krılya Sovetov"da çıxış edir. O, son mövsümü icarə əsasında "Mordoviya"da keçirib.

Xəbər xətti