Rusiyanın "Spartak" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskva klubunu Qurban Berdıyev çalışdıracaq. Türkmənistanlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, məşqçilik karyerası ərzində "Kayrat", Rubin" kimi klublarda işləmiş 63 yaşlı çalışdırıcının son iş yeri "Rostov"olub.
Xatırladaq ki, "Spartak" UEFA Avropa Liqasında AEK-ə məğlubiyyətdən sonra baş məşqçi Dmitri Aleyniçevi istefaya yollayıb.
saytlarin hazirlanmasi