"Ramil Şeydayevi fikrindən daşındırmağa cəhd etdim"

15:57 - 9 Avqust 2016

 

Rusiya Futbol İttifaqının idman direktoru Nikolay Pisarev Ramil Şeydayev haqda "Sport-Ekspress"ə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Pisarev Şeydayevi itirdikləri üçün üzgün olduğunu bildirib:

 

“Ramil Şeydayev aşağı yaş qrupları üzrə milli komandalarımızın hamısında çıxış etmişdi. Onu itirdiyimiz üçün üzgünəm. Rusiya Futbol Federasiyası Ramil Şeydayevə çox şey verib. Mən ona zəng vuraraq fikrindən fikrindən daşındırmağa cəhd etdim. O isə mənə cavabında “Yox! Azərbaycan millisində oynamaq istəyirəm” dedi. Bunun səbəblərini açıqlamadı. Ola bilsin, qan çəkir. Bəlkə də, Ramilə yaxşı müqavilə və Azərbaycan millisində daim start heyətdə olacağına söz veriblər".

 

Xatırladaq ki, Ramil Şeydayev bu yaxınlarda millimizdə oynağa razı olub. FİFA "Trabzonspor"un hücumçusunun millimizdə oynamasına icazə verib.

Xəbər xətti