Gəncədə fəaliyyət göstərən "Gənc qapıçılar klubu" Bakıda da qapıçılar yetişdirmək işini davam etdirəcək.
Bu barədə Sportal.az-a klubun məşqçisi Xəyal Zeynalov məlumat verib. Gənc mütəxəssis "Vətən" futbol məktəbi ilə anlaşıb. Xəyal Zeynalov saytımıza verdiyi açıqlamada məqsədləri barədə danışıb:
"Artıq bir həftədir "Vətən" futbol məktəbində məşqlərə başlamışıq. Sentyabr ayından tam gücümüzlə fəaliyyətə başlayacağıq. Məqsədimiz "Vətən"də qapıçı problemini kökündən həll etməkdir. Bunun üçün qapıçılarla çalışmalarımızı mütəmadi olaraq davam etdiririk. Həm meydanda həm də meydandan kənarda".
Zeynalov klubun fəaliyyətini Gəncədə də davam etdirdiyini bildirib: "Gənc Qapıçılar Klubu" Gəncədə fəaliyyətini dayandırmayıb. Orada bu işləti Taryel Hüseynov davam etdirəcək".
saytlarin hazirlanmasi