“Bayer” Leverkuzenin futbolçusu Xavyer Çiçarito Hernandes xoşagəlməz hadisə ilə üzləşib.
Sportal.az xəbər verir ki, Meksikalı futbolçu Bundesliqanın ilk turlarına komandasına zədə səbəbindən kömək edə bilməyəcək. Buna səbəb meksikalı futbolçunun pilləkəndən yıxılması olub. 28 yaşlı hücumçunun sağ qolu sınıb.
Çiçarito azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
saytlarin hazirlanmasi