"Real"da işlədiyim üçün "Barselona" və "Atletiko"da çalışmaram"

14:25 - 4 Sentyabr 2016

"Atletiko" ilə matçı səbrsizliklə gözləyirəm. Mən həmin oyunun çox çətin keçəcəyini dərk edirəm. Simeoneyə və onun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb. Ancaq mən belə oyunların iştirakçısı olmağı çox sevirəm".

 

Bu sözlər Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Karlo Ançelottiyə məxsusdu. Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin komandası UEFA Çempionlar Liqasının qrup mərhələsində Madridin "Atletiko" komandası ilə eyni qrupda yer alıb. 57 yaşlı çalışdırıcı "Marca" qəzetinə verdiyi açıqlamada "Atletiko"ya qarşı oynayacaqları matçlar haqqında danışıb:

 

"Bu səfəri qazanmaq istəyirəm. "Çelsi" və "Real"da işlədiyim zaman "Atletiko"ya rəqib oldum, ancaq qazana bilmədim. "Bavariya "Atletiko"nun nə qədər güclü komanda olduğunu bilir. Biz ötən mövsüm "Atletiko" ilə mübarizədə Çempionlar Liqası ilə vidalaşmışdıq. Futbolçularımız həmin oyunları unutmayıblar". 

 
İtaliyalı mütəxəssis "nə vaxtsa "Atletiko" və "Barselona"nı çalışdırarsınızmı?" sualına da cavab verib:

 

"Xeyr, heç vaxt adıçəkilən komandaları çalışdırmaram. Əzəli rəqiblərin bir-birinə olan münasibətinə hörmətim var. "Milan"da işlədiyim üçün heç vaxt "Latsio" və "İnter"i çalışdırmaram. Bu mənim fəlsəfəmdi və hörmət mənim üçün çox önəmlidi. "Barselona" və "Atletiko"ya hörmətim sonsuzdu. Ancaq 2 il öncə "Real"da işləmişəm və heç vaxt madridlilərin əzəli rəqibləri olan komandalarda fəaliyyət göstərmərəm".

 

Xəbər xətti