Almaniya Bundesliqasında mövsümün ilk baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, "Verder" baş məşqçisi Viktor Skripniklə yollarını ayırıb. Buna komandanın uğursuz çıxışları səbəb olub. Skripniklə yanaşı, köməkçiləri Florian Kofeldt və Torsten Frinqsin də müqaviləsinə xitam verilib.
Artıq komandanın yeni baş məşqçisinin adı da açıqlanıb. "Musiqiçilər"i müvəqqəti olaraq 23 yaşlı futbolçulardan ibarət komandanın baş məşqçisi Aleksander Nouri çalışdıracaq.
Qeyd edək ki, Skripnik 2014-cü ildən komandanı çalışdırırdı.
saytlarin hazirlanmasi