"Təəssüf ki, Rusiya yığması Ramili itirdi"

16:57 - 20 Sentyabr 2016

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının keçmiş baş məşqçisi Dmitri Xomuxa millimizdə oynamağa razılıq verən Ramil Şeydayev barədə danışıb.

 

Sportal.az xəbər verir ki, Xomuxa Şeydayevin Azərbaycan yığmasını seçməsinə münasibət bildirib: "Son dəfə Şeydayevlə Rusiya yığmasında olarkən danışmışdım. Həmin vaxtı heç vətəndaşlığı dəyişdirməkdən söhbət belə getmirdi. "Zenit"lə müqaviləsi başa çatarkən isə nə baş verdiyini bilmirəm”. 

 

Xomuxa qeyd edib ki, Rusiya millisi vacib bir oyunçusunu itirib: "Çox güman ki, Ramil ailə üzvləri ilə birlikdə bu qərarı verib. Təəssüf ki, Rusiya yığması bu cür forvardı itirdi. Onun potensialı Rusiyanın əsas yığmasına da düşməsinə imkan verirdi".

Xəbər xətti