Yunus Mallı: "Çempionlar Liqasında oynayan bir klubda çıxış etmək istəyirəm"

16:13 - 29 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün "Qəbələ" ilə qarşılaşacaq "Maynz"ın türk futbolçusu Yunus Mallı ölkəsinin mətbuatına açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, gənc forvard Fransada təşkil edilən Avropa çempionatındakı uğursuzluq barədə danışıb. 24 yaşlı hücumçu səhvlərdən dərs çıxaracaqlarını deyib: "Orada etdiyimiz səhvlərdən dərs çıxarmalıyıq. Hər bir futbolçunun özünü klubunda üst səviyyəyə çatdırması lazımdır. Bütün oyunçular milli komandada ölkələri üçün əllərindən gələni etməlidir".

 

Mallı Arda Turanın milli komandaya dönüb-dönməyəcəyi ilə bağlı suala "Arda Turan böyük futbolçudur. Hər kəs bunu bilir və görür. "Barselona"da çıxış edir. Türkiyə üçün çox böyük uğurlara imza atıb. O yenidən milliyə dönəcək" deyə cavab verib.

 

İstedadlı forvard Bundesliqada özünü yaxşı hiss etdiyini, lakin davamlı olaraq Çempionlar Liqasında mübarizə aparan bir klubda forma geymək istədiyini söyləyib: "Çempionlar Liqasında oynayan bir klubda çıxış etmək istəyirəm".

Xəbər xətti