Hakim səhvləri baş verən oyuna görə veriliş efirə çıxmadı

22:53 - 4 Oktyabr 2016

Rusiyanın “Naş futbol” telekanalında yayımlanan “Svistok” verilişinin növbəti buraxılışı olmalıydı. Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu həftə Premyer Liqanın son turunda keçirilən “Zenit” – “Spartak” (4:2) matçındakı hakim qərarları müzakirə olunmalı idi.

 

Lakin veriliş efirə çıxmayıb. Səbəb kimi isə “Svistok”un aparıcısı Vladislav Baturinin səhhətində problemlərin yaranması göstərilib.

 

Qeyd edək ki,  “Zenit” – “Spartak” matçından sonra RFİ-nin Hakim-İnspektorlar Komitəsinin rəhbəri Nikolay Levnikov oyunu idarə eləyən Sergey İvanovun aşağı qiymət alacağını açıqlamışdı. 

Xəbər xətti