Məşhur futbolçu mərc oyunlarında iştirak etdiyi üçün cəzalandı

10:22 - 13 Oktyabr 2016

Almaniya Futbol Federasiyası II Bundesliqada çıxış edən "1860 Münhen" klubunun hücumçusu İvitsa Oliçi cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb Oliçin mərc oyunlarına iştirak etməsi olub. Xorvatiya millisinin sabiq üzvü 20 min avro cərimələnib və qarşıdakı iki oyunda komandasına kömək edə bilməyəcək.

 

Oliç hərəkətinə görə azarkeşlərdən üzr istəyib:

 

"Dostlarımla birlikdə mənim bank kartımıla mərc oyununda iştirak etdik. Məqsədimiz əylənmək idi. Buna görə hamıdan üzr istəyirəm".

 
Qeyd edək ki, 37 yaşlı forvard mövsümün əvvəlində "Hamburq"dan ayrılaraq "1860 Münhen"ə keçib.

 

Xəbər xətti